Xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq

Xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq
# 18 dekabr 2015 09:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti İlhamə Quliyeva bu gün Mərkəzi Neftçilər xəstəxanasından evə buraxılacaq. İ. Quliyeva APA-ya bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Səhhətimdə olan bütün problemlər aradan qaldırılıb. Artıq ayaq üstəyəm, bu gün xəstəxanadan çıxacağam. Mənə göstərdikləri diqqətə görə xəstəxananın bütün həkim heyətinə, rəhbərliyinə təşəkkür edirəm”.

İ. Quliyeva əlavə edib ki, evdə həkim nəzarətində olacaq: “Yəqin ki, dərmanlar, həblər qəbul edəcəyəm. Həkim nəzarətinin olması vacibdir. Əsas odur, təhlükə tamam sovuşub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR