Sumqayıt Kimya Sənaye Parkının idxal-ixracla bağlı yük dövriyyəsi 1,8 mln. ton təşkil edir

Sumqayıt Kimya Sənaye Parkının idxal-ixracla bağlı yük dövriyyəsi 1,8 mln. ton təşkil edir
# 31 iyul 2018 10:19 (UTC +04:00)

"Sumqayıt Kimya Sənaye Parkının idxal-ixracla bağlı yük dövriyyəsi 1,8 mln. ton həcmində qiymətləndirilir".

APA-Economics”in məlumatına görə, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi hallarda bu göstərici 2 mln. ton həcmi keçir: “Bu baxımdan sənaye parklarında idxal-ixrac əməliyyatlarının gömrük prosedurlarının sadələşdirilməsi zərurəti yaranıb. Bu gün İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsi tərəfindən sənaye parklarında yaşıl dəhliz xidmətinin tətbiqi artıq öz vacibliyini göstərir. Bu baxımdan sənaye paklarında olan gömrük idxal-ixrac əməliyyatları sadələşdirilməlidir”.

Onun sözlərinə görə, bu sadələşdirmə ilə gömrük yükləri gömrük terminalına deyil, sahibkarın istehsal anbarına veriləcək: “Burada sahibkarlar həm zaman itkisinə yol verməyəcək, həm də müəyyən qədər maliyyə vəsaitinə qənaət edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR