Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub

Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub
# 29 iyul 2015 09:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə yeni direktor təyinatı olub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərkəzin direktoru vəzifəsinə nazirliyin elm, təhsil və gənclərlə iş şöbəsinin elm sektorunun müdiri Asif Usubəliyev təyin edilib.

A. Usubəliyev Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının məzunu, siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 2006-cı ildən etibarən Nazirlikdə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR