Nazir: “Son 25 ildə ali məktəblərə qəbul olunanların sayı 2 dəfədən çox artıb”

Nazir: “Son 25 ildə ali məktəblərə qəbul olunanların sayı 2 dəfədən çox artıb”
# 31 oktyabr 2016 12:14 (UTC +04:00)

“1990-cı ildə respublikada 105,1 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, 2016-cı ildə ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatıb. Bu il ali təhsil müəssisələrinə qəbul olunanların sayı 1990-cı illə müqayisədə 2 dəfədən çox artıb”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov II Beynəlxalq Elm Festivalında deyib ki, hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatlarla məşğul olur. Onlardan da 11874 nəfəri fəlsəfə doktoru, 2495 nəfəri isə elmlər doktorudur.

Nazir Azərbaycanda elmin və təhsilin dövlət siyasətinin prioritet istiqamətləri olduğunu bildirib, əlavə edib ki, bunu 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Qanun da təsdiqləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR