Bank Of Baku

Ərdoğan Kastamonu, Bartın və Sinop vilayətlərini fəlakət bölgəsi elan edib

Ərdoğan Kastamonu, Bartın və Sinop vilayətlərini fəlakət bölgəsi elan edib
# 13 avqust 2021 15:17 (UTC +04:00)

“Dünyanın çox yerində olduğu kimi, Türkiyə də bir müddətdir, təbii fəlakətlərlə üz-üzədir. Çalışmalıyıq ki, bu mübarizəmizi ən az itki ilə başa çatdıraq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin sel bölgəsi Kastamonuya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Türkiyənin cənubunda meşə yanğınları, şimalında sel-daşqınlar olduğunu xatırladaraq bütün fəlakətlərə qarşı dövlət qurumlarının səfərbər olduğunu vurğulayıb.

Prezident bu fəlakətlərlə mübarizədə fəaliyyət göstərən hər kəsə təşəkkürünü bildirib, sel fəlakətindən zərərə məruz qalanlara hər cür dövlət dəstəyi veriləcəyini bildirib: “Digər fəlakət bölgələrində olduğu kimi, Kastamonu, Bartın, Sinopu fəlakət bölgəsi elan edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR