Şəmkirdə istixanada, Neftçalada çay evində yanğın olub

Şəmkirdə istixanada, Neftçalada çay evində yanğın olub
# 20 dekabr 2019 09:26 (UTC +04:00)

Şəmkir rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Dəllər Cəyir kəndində ümumi sahəsi 500 m² olan istixananın polietilen üzlüyü 20 m² sahədə və içərisində tutumu 200 litr olan yağ çəni yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 40 m² olan çay evinin içərisində məişət əşyaları 7 m² sahədə yanıb. Çay evi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR