Abxaziyada silah anbarında partlayış nəticəsində 60 nəfər yaralanıb

Abxaziyada silah anbarında partlayış nəticəsində 60 nəfər yaralanıb
# 03 avqust 2017 00:34 (UTC +04:00)

Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qudaut rayonunun Primorskoye yaşayış məntəqəsində, tanınmamış respublikanın müdafiə nazirliyinə məxsus silah-sursat anbarında qeydə alınıb.

Məlumata əsasən, xəsarət alanların 27-si rusiyalı turistlərdir. İnsanların əksəriyyətinin yüngül qəlpə yaraları aldığı, həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR