Qiyas İbrahimovun atasının barəsində cinayət işi başlanılıb

Qiyas İbrahimovun atasının barəsində cinayət işi başlanılıb
# 13 iyul 2017 10:07 (UTC +04:00)

N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun atası barəsində cinayət işi başlanılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, Həsən İbrahimov Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılıb və onun barəsində cinayət işi açıldığı bildirilib.

Vəkil deyib ki, o, məhkəməyə hörmətsilik etməkdə ittiham edilir: "Bakı Apellyasiya Məhkəməsində Q. İbrahimovun məhkəməsi keçirilən zaman Həsən İbrahimov hakimlərə “Allah sizin də balanıza belə gün qismət etsin” deyib.

Məhkəmə bunu hörmətsizlik kimi qiymətləndirib və onun barəsində tədbir görülməsi üçün istintaq idarəsinə müraciət edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Q. İbrahimov apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə onun şikayətinə baxılıb və şikayəti təmin edilməyib.

Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrur şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR