Tikinti materiallarının istehsalı 16%-dən çox azalıb

Tikinti materiallarının istehsalı 16%-dən çox azalıb
# 17 oktyabr 2016 16:17 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 16,2% azalaraq 251,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sementin istehsalı 16,8%, beton qarışığının istehsalı 53%, tikinti gipsinin istehsalı 27,1%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 51% azalıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 304,9 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 1,1%-lik azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,5%-lik artım müşahidə olunub. Yanvar-sentyabr ayları ərzində sahə üzrə 41,6 min ton (42,1 faiz çox) polad borular, 249,5 min ton (23,6 faiz çox) polad tökmə, 2,0 min ton (3,3 dəfə çox) ayna çuqun və sair tökmə çuqun istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR