Vəkilliyə namizədlərin sənəd qəbulunun müddəti uzadılıb

Vəkilliyə namizədlərin sənəd qəbulunun müddəti uzadılıb
# 08 dekabr 2016 08:19 (UTC +04:00)

Azərbaycanda vəkilliyə namizədlərin sənəd qəbulunun müddəti uzadılıb.

APA-nın məlumatına görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında qəbul olunmuş qərara əsasən vəkilliyə namizədlərin sənədlərinin qəbulu dekabrın 30-na qədər uzadılıb.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Kadrların şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi hal.

Sənədlər Bakı şəhəri, Səməd Vurğun küçəsi 48-də yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında bu ilin dekabr ayının 30-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 14:00-dan 18:00-dək qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR