Filippində baş verən yanğında 60-a yaxın adam ölüb

Filippində baş verən yanğında 60-a yaxın adam ölüb
# 14 may 2015 07:14 (UTC +04:00)

Bakı – APA. Filippinin paytaxtı Manila şəhərindəki ayaqqabı fabrikində baş vermiş yanğın nəticəsində 58 nəfər ölüb. APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Manilanın inzibati tərkibindəki Valensuela-Sitinin meri Rekslon Qatçalian (Rexlon Gatchalian) deyib. O, 13 nəfərin itkin düşmüş sayıldığını bildirib. Axtarış-xilasetmə işləri aparılır.

Yanğına fabrikdə aparılan qaynaq işlərinin səbəb olduğu güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR