Las-Veqasın məşhur hotelində güclü yanğın olub, xəsarət alanlar var

Las-Veqasın məşhur hotelində güclü yanğın olub, xəsarət alanlar var
# 26 iyul 2015 02:05 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Las-Veqas şəhərində, məşhur “Cosmopolitan” hotelində güclü yanğın baş verib.

APA-nın ABC-yə istinadən məlumatına görə, nəticədə 2 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə hadisə yerində tibbi yardım göstərilib.

Yanğın binanın 14-cü mərtəbəsində yerləşən açıq meydanda əmələ gəlib. Hadisə yerinə 110 yanğınsöndürən cəlb edilib. Hazırda yanğının söndürüldüyü bildirilir. İnsident zamanı hoteldə qalanlar dərhal evakuasiya edilib. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

Qeyd edək ki, 3 min nömrədən ibarət “Cosmopolitan Hotel” 2010-cu ildə istifadəyə verilib. Bu il isə nüfuzlu “Conde Nast Traveller” nəşri tərəfindən dünyanın ən yaxşı hotellərinin “Qızıl siyahı”sına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR