® “PAŞA Həyat” Azərbaycanda təhsilin inkişafı ilə bağlı yeni layihəyə başlayıb

<font color=red>® </font>  “PAŞA Həyat” Azərbaycanda təhsilin inkişafı ilə bağlı yeni layihəyə başlayıb
# 18 avqust 2017 13:34 (UTC +04:00)

Azərbaycanda təhsilin inkişafına dəstək məqsədi ilə “PAŞA Həyat” şirkəti bu gündən etibarən “Davamlı təhsil” adlı yeni məhsulunun satışına başlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Davamlı təhsil” məktəbəqədər hazırlıq, orta və ali təhsil ocaqlarında ödənişli təhsil alan tələbələrin valideynləri üçün hazırlanmış xüsusi bir məhsuldur. Məhsulun sığorta təminatına ödənişli təhsil alan tələbənin valideynlərindən birinin istənilən səbəbdən ölümü və valideynlərdən birinin bədbəxt hadisə nəticəsində I qrup əlilliyi daxildir.

Məhsulun şərtlərinə əsasən, məhsul üzrə minimum sığorta məbləği 5000 manat, maksimum isə 100000 manat müəyyənləşib. Sığorta məbləğinə təhsil haqqının qalan hissəsi və müddətli həyat sığortası daxildir.

Valideynlər sığorta müqaviləsini minimum 3 il və ya daha çox müddətə bağlamaqla sığorta haqqı məbləğini birdəfəlik və ya illik bərabər hissələrə bölməklə onlayn şəkildə (e-pul.az, izim.az, kassam.az saytlarında) və ya tərəfdaş bankların filialları vasitəsi ilə də ödəyə bilərlər.

Sığorta hadisəsi baş verdikdə isə hər iki faydalanan şəxsə sığorta ödənişi birdəfəlik verilir. Həmçinin tələbə təhsilini dayandırdığı halda təhsil müəssisəsində istifadə olunmamış illərə görə təhsil haqqı “PAŞA Həyat” tərəfindən müştəriyə geri qaytarılır.

Qeyd edək ki, müştərilər bu linkə http://pasha-life.az/calculators?lang=az daxil olmaqla məhsul üzrə sığorta haqqı məbləğini hesablaya bilərlər.

Valideynlər məhsul haqqında ətraflı məlumat əldə etmələri üçün (012) 942 qısa nömrəsinə zəng edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR