Nazirlər Kabineti nəşriyyatların pulsuz məcburi nüsxələrlə təchiz edəcəyi kitabxanaları müəyyənləşdirəcək

Nazirlər Kabineti nəşriyyatların pulsuz məcburi nüsxələrlə təchiz edəcəyi kitabxanaları müəyyənləşdirəcək
# 23 dekabr 2019 21:12 (UTC +04:00)

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslərin (qəzet və jurnal redaksiyaları istisna olmaqla) Milli Məclisin kitabxanası ilə bərabər çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchiz edəcəkləri kitabxanaları Nazirlər Kabineti müəyyənləşdirəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Qeyd edək ki, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 19 fevral tarixli qanuna əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi nüsxəsini, profilinə uyğun olaraq, Milli Məclisin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2 pulsuz məcburi nüsxəsini göndərməlidirlər.

Fərmana əsasən, həmin kitabxanalar Nazirlər Kabineti təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında müəyyən ediləcəklər. Nazirlər Kabineti kitabxanaların hər birinin adını göstərməklə, təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında bir ay müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR