Anar Kərimov: "Prezidentin tapşırığı ilə reabilitasiya infrastrukturunu təkmilləşdirməyə çalışırıq"

Anar Kərimov: "Prezidentin tapşırığı ilə reabilitasiya infrastrukturunu təkmilləşdirməyə çalışırıq"
# 19 dekabr 2019 12:49 (UTC +04:00)

"Prezident İlham Əliyevin tapşırığına əsasən, reabilitasiya infrastrukturunu təkmilləşdirməyə və əhatə zolağını genişləndirməyə çalışırıq".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı zamanı çıxışında bildirib. Onun sözlərinə görə, dövlət başçısı həssas qrupların imtiyazların daim diqqətdə saxlayır: "Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlavə vəsait ayrılıb. Bu vəsait imkan verəcək ki, növbəti mərhələlərdə Sumqayıt, Şirvan, Şəki, Xaçmaz və Lənkəranda yeni bərpa mərkəzləri istifadəyə verək. Eyni zamanda Göygöl və Şamaxıda Nevroloji Sosial Xidmət Mərkəzi istifadəyə veriləcək. Hazırda Şağanda əlilliyi olan şəxslər üçün dövlət müəssisəsinin istifadəyə verilməsi ilə bağlı da intensiv işlər gedir. Noyabrda Yevlax, Naftalan və Mərdəkanda istifadəyə verilən müəssisənin davamı olaraq növbəti aylar ərzində reabilitasiya mərkəzlərinin əhatə dairəsini genişləndirəcəyik". Nazir müavini eyni zamanda deyib ki, Qobustan Sosial Adaptasiya Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR