Bərdədə pendir istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə pendir istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb
# 19 dekabr 2019 17:32 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bərdə rayonu, Canavarlı kənd ərazisində fəaliyyət göstərən fiziki şəxs Bayramov Şahmar Musa oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, reyd zamanı saçaqlı pendir istehsal edən sexdə yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı müəyyən edilib. İstehsal sahəsinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl edilmədən fəaliyyət göstərdiyi məlum olub.

Reyd zamanı müəssisədə istehsal edilən süd məhsullarından (saçaqlı pendir) götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR