Putin: “Müdaxilələrə baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir”

Putin: “Müdaxilələrə baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir”
# 08 yanvar 2020 17:07 (UTC +04:00)

“Beynəlxalq oyunçular tərəfindən müdaxilələrə baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir”.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin İstanbulda “Türk axını” qaz kəmərinin açılış mərasimində deyib.

“Qara dənizdən keçən genişmiqyaslı layihənin uğurla reallaşdırılması ona dəlalət edir ki, Rusiya-Türkiyə strateji tərəfdaşlığı əhəmiyyətli nəticələr verir. Rusiya-Türkiyə əməkdaşlığı praktiki olaraq bütün sahələrdə ardıcıl inkişaf edir. Dünyada mürəkkəb vəziyyətin olmasına və bir sıra beynəlxalq oyunçuların ölkələrimiz arasında qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilməsinə maneə olmaq cəhdlərinə baxmayaraq, işlər öz qaydasında gedir”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda "Türk axını" qaz kəmərinin rəsmi açılış mərasimi keçirilir. Mərasimdə Rusiya və Türkiyə liderləri ilə yanaşı, Serbiya Prezidenti, Bolqarıstanın Baş Naziri və digər şəxslər, o cümlədən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR