Masallıda marşrutun avtobuslarının akkumulyatorları oğurlanıb - FOTOSESSİYA

Masallıda marşrutun avtobuslarının akkumulyatorları oğurlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 02 aprel 2017 14:32 (UTC +04:00)

Masallıda 22 saylı marşrut xəttində fəaliyyət göstərən bütün avtobusların akkumulyatorları oğurlanıb.

Bunu APA-nın yerli bürosuna həmin avtobuslardan birinin sürücüsü Röyal Həsənov bildirib.

Səhər saatlarında işə çıxan sürücülər avtobus dayanacağında Masallı-Boradigah marşrutunda fəaliyyət göstərən 9 avtobusun hamısının akkumulyatorunun oğurlandığını görüblər. Dəyən zərərin miqdarı ümumilikdə 1350 manatdır.

Masallı rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR