Bakı şəhəri, Binəqədi yolu, “Qəbələ” marketin yaxınlığında məişət tullantılarının toplandığı açıq ərazidə yanğın başlayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğının lokallaşdırılması istiqamətində iş aparılır.