Bank Of Baku

"Saudi Aramco"nun xalis mənfəəti dörd dəfəyə yaxın artıb

"Saudi Aramco"nun xalis mənfəəti dörd dəfəyə yaxın artıb
# 09 avqust 2021 10:50 (UTC +04:00)

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti 2021-ci ilin II rübündə 25,5 mlrd. ABŞ dolları həcmində xalis mənfəət əldə edib.

"APA-Economics"in şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə (288%) çoxdur. Cari ilin birinci yarısında isə şirkətin xalis mənfəəti 47,2 mlrd. dollar olub ki, bu da illik müqayisədə 2 dəfə (103%) çoxdur. II rübdə səhmdarlara 18,8 mlrd. dollar dividend ödənilib.

Şirlətin kapital xərcləri I rübdə 7,5 mlrd. dollar, 2021-ci ilin ilk yarısında isə 15,7 mlrd. dollar təşkil edib. Bu, illik müqayisədə müvafiq olaraq 20% və 15% çoxdur.

Neft nəhəngi qeyd edir ki, sözügedən göstəricilərin kəskin artımı qlobal neft bazarında bərpa olunan tələblə bağlıdır. Bundan əlavə, dünyada COVID-19 pandemiyası ilə bağlı olan məhdudiyyətlərin yumşaldılması, vaksinasiyanın miqyasının genişlənməsi və əsas bazarlarda müşahidə edilən canlanma kəskin mənfəət artımına öz töhfəsini verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR