“PAŞA Bank” rübü 15,6 mln. manat mənfəətlə başa vurub

 “PAŞA Bank” rübü 15,6 mln. manat mənfəətlə başa vurub
# 18 iyul 2018 09:36 (UTC +04:00)

“Paşa Bank”ın aktivlərinin həcmi 2018-ci ilin II rübündə 3 mlrd. 901,761 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,04% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,5% artaraq 1 mlrd. 37,236 mln. manat olub. Bu ilin iyulun 1-nə bank tərəfindən 166 mln. 430 min manat istehlak krediti verilib ki, bu da ötən ilin eyni dövründən 60,49% çoxdur. Hesabat dövründə bankda vaxtı keçmiş kreditlər 47,45% artaraq 195,243 mln. manat təşkil edib.

Bankın depozit portfeli hesabat dövrü ərzində 18,97% artaraq 3 mlrd. 144,189 mln. manata, çatıb.

Bankın nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb, məcmu kapitalı 368,874 mln. manat olub.

Hesabat dövründə bankın gəlirləri 46, 832 mln. manat, xərcləri 31,362 mln. manata bərabər olub. Bank rüb ərzində 15 mln. 630 min manat gəlir əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR