Gürcüstan və Ermənistan arasında yeni körpünün inşasına başlanılır

Gürcüstan və Ermənistan arasında yeni körpünün inşasına başlanılır
# 30 aprel 2018 15:44 (UTC +04:00)

Gürcüstan və Ermənistan respublikaları arasında yeni körpünün tikintisinə başlanır.

APA-nın yerli bürosunun Gürcüstanın Yollar Departamentinə istinadən verdiyi xəbərə görə, Dostluq körpüsü adlandırılan körpünü inşa edəcək şirkət artıq müəyyənləşib. Körpü Baqrataşen-Sadaxlı sərhəd-keçid məntəqəsi ərazisində, Debed çayı üzərində tikiləcək. Tikinti üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstana 6 mln. avro məbləğində kredit ayırıb. Layihəyə ayrılacaq kreditin 50%-ni Gürcüstan, digər 50%-ni isə Ermənistan ödəyəcək.


Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini İrakli Karseladze və AYİB-in layihə rəhbəri Andrey Maksimoviç arasında keçirilmiş görüşdə layihənin detalları nəzərdən keçirilib.

Qeyd edək ki, körpünün inşası ilə bağlı müqavilə bu ilin yanvarında Yerevanda imzalanıb. Tikintinin İran şirkəti tərəfindən həyata keçiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR