İcbari Sığorta Bürosunun icraçı direktoru dəyişib

İcbari Sığorta Bürosunun icraçı direktoru dəyişib
# 31 may 2018 08:58 (UTC +04:00)

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru dəyişib.

"APA-Economics"in məlumatına görə, qurumun icraçı direktoru Fariz Nazim oğlu Əzizov öz xahişi ilə işdən çıxıb.

Himayəçilik Şurasının qərarı ilə onun yerinə “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olan Rəşad Bayram oğlu Əhmədov təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR