Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını qabaqlayıb

Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını qabaqlayıb
# 23 dekabr 2016 02:33 (UTC +04:00)

Rusiya neft hasilatının həcminə görə cari ilin oktyabr ayında Səudiyyə Ərəbistanını qabaqlayıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rosstat-ın saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, neft hasilatının gündəlik orta göstəricisi ay ərzində Səudiyyə Ərəbistanında 10,532 mln. barel, Rusiyada isə 10,754 mln. barel təşkil edib.

Yanvar-oktyabr ayları ərzində isə Rusiya, ümumilikdə, 212,6 mln. ton neft və qaz kondensatı ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR