“Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib

“Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib
# 18 oktyabr 2017 14:41 (UTC +04:00)

Respublika Perinatal Mərkəzində “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, hamiləliyin fizioloji baxımdan normal keçməsi üçün bir neçə amil var. Ən birinci amil qadın hamilə olmadan öncə onun müayinələrdən keçməsidir. Bu zaman orqanizmdə olan hər hansı kənaraçıxmalar vaxtında aşkarlanır, gələcək hamiləliyin orqanizmə necə təsir göstərəcəyi müəyyən edilir. “İkinci problem hamiləlik dövründə meydana gələn hamiləlik fəsadlaşmalarıdır. Bunlar hamiləliyin 22-ci həftəsindən sonra baş verir. Hamiləliyin ilk günlərində analar daha tez-tez həkimə gedirlər. Hər şey normal olduqda sanki arxayınlaşırlar. Hamiləliyin fəsadlaşmaları artdığı dövrdə isə həkimə gec-gec gedirlər. Bu müddətdə fəsadlaşmalar həkimlər tərəfindən vaxtında aşkar edilmir. Sonradan da xoşagəlməz problemlər əmələ gəlir”, - deyə S. Məmədova söyləyib.

Tədbirin davamında Rusiyanın Beynəlxalq Dostluq İnstitutunun mamalıq kafedrasının professoru Olqa Ustotina və digər mütəxəssislər mövzu ətrafında məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR