Mingəçevirdə yolu keçən 4 nəfəri maşın vurub, ölən var

Mingəçevirdə yolu keçən 4 nəfəri maşın vurub, ölən var
# 17 iyul 2018 08:21 (UTC +04:00)

Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini İmran Rəhimov idarə etdiyi “Nissan” markalı, 45 BJ 521 dövlət nömrə nişanlı maşınla yolu keçən piyadalar – 1961-ci il təvəllüdlü Zülfüqar Rəmzi oğlu Nəsibovu, 1963-cü il təvəllüdlü Labidə Fərruz qızı Nəsibovanı, 1986-cı il təvəllüdlü Gülnar Zülfüqar qızı Hüseynovanı və 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynovanı vurub.

Nəticədə xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib. Onlardan G. Hüseynova aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR