Bank Of Baku

Baş Prokurorluğun idarə rəisləri vətəndaşların suallarını cavablandıracaq

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 14 fevral 2022 10:36 (UTC +04:00)

Baş Prokurorluğun vəzifəli şəxsləri sosial şəbəkədə vətəndaşların suallarını cavablandıracaqlar.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Xəbərə görə, vətəndaşlar arasında keçirilmiş sorğu zamanı maksimum səs yığan Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində canlı yayıma çıxaraq vətəndaşların suallarına cavab verəcəklər.

Sual-cavab Baş Prokurorluğun instagram səhifəsində fevralın 15-də saat 11:00-dan saat 12:00-dək keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR