"Şəki İpək" ASC-nin yenidən qurulması üçün inkişaf strategiyası hazırlanacaq

"Şəki İpək" ASC-nin yenidən qurulması üçün inkişaf strategiyası hazırlanacaq
# 07 fevral 2018 08:39 (UTC +04:00)

"İpəkçilik iqtisadiyyatın önəmli sahələrindən biri olmaqla yanaşı, qədim tarixə malik peşə olub. Azərbaycanda ipəkçiliyin önəmli yeri olduğunu nəzərə alsaq, bu sahənin inkişafı çox vacibdir".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə ""Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələri" mövzusunda keçirilən tədbirdə deyib.

K.Nəbizadənin sözlərinə görə, Şəki rayonunda yerləşən "Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulub: "Burada xarici və yerli məsləhətçi şirkətlərin cəlb olunması nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR