QMİ Şeyxülislamın qudasının oğlunun həbsinə münasibət bildirib

QMİ Şeyxülislamın qudasının oğlunun həbsinə münasibət bildirib
# 18 sentyabr 2017 13:09 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası keçmiş deputat Qalib Salahzadənin oğlunun həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, həbsin Şeyxülislamla heç bir əlaqəsi yoxdur.

Bildirilib ki, həbs edilən şəxsin Şeyxülislamın kürəkəni olması xəbəri də yanlışdır: “Şeyxülislamın kürəkənin adı Əliabbas Salahzadədir, həbs edilən isə onun qardaşı Əlihüseyndir. Ümumiyyətlə bu həbsin Şeyxülislamla əlaqələndirilməsi idarənin, Şeyxülislamın fəaliyyətinə kölgə salmaq istəyənlərin cəhdləridir”.

Qeyd edək ki, Q. Salahzadənin oğlu Əliheseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR