Sabirabadda qonşusunun itini güllələyən şəxsdən tüfəng götürülüb

Sabirabadda qonşusunun itini güllələyən şəxsdən tüfəng götürülüb
# 23 dekabr 2019 12:55 (UTC +04:00)

Sabirabad sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, dekabrın 20-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Rüstəmli kənd sakini F.Şükürova həmin gün saat 20 radələrində həmkəndlisinin tüfəngdən atəş açaraq onun itini öldürdüyünü bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini S.Şükürovdan müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR