Avropa Liqasında həftənin ən yaxşı oyunçusu seçilib

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu seçilib
# 08 dekabr 2017 17:18 (UTC +04:00)

Avropa Liqasında (AL) qrup mərhələsinin son turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında keçirilən sorğuda "Zenit"in müdafiəçisi Branislav İvanoviç hər kəsi qabaqlayıb.

Serbiyalı futbolçu 39 faiz səs toplayaraq, AL-də həftənin ən yaxşı futbolçusu seçilib.

"Styaua"nın hücumçusu Harlem Noere 21 faiz səslə ikinci olub.

Azarkeşlər üçüncü pilləyə isə Moskva "Lokomotiv"inin üzvü Manuel Fernandeşi layiq görüblər. Portuqaliyalı yarımmüdafiəçi 19 faiz səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR