Gəncədə iaşə obyektində partlayış olub, xəsarət alanlar var

Gəncədə iaşə obyektində partlayış olub, xəsarət alanlar var
# 09 avqust 2017 10:48 (UTC +04:00)

Gəncədə partlayış olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əttarlar və Nizami Gəncəvi küçələrinin kəsişməsində, şəhər sakini Xaləddin Sarıyevə məxsus qutab bişirilən 4 kvadratmetrlik obyektdə qeydə alınıb. Hadisə zamanı X. Sarıyev və orada işləyən 1965-ci il təvəllüdlü Qənirə Əsgərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

X. Sarıyevin vəziyyətinin normal, Q. Əsgərovanın durumunun isə orta ağır olduğu bildirilir.

Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR