Nazirlik: Bu il fərdi uçot sistemində əlavə 125 min nəfər qeydiyyata alınıb

Nazirlik: Bu il fərdi uçot sistemində əlavə 125 min nəfər qeydiyyata alınıb
# 25 iyul 2017 09:41 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ildə də artmaqda davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında fərdi uçot sistemində əlavə olaraq 124 770 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (98 995 nəfər) ilə müqayisədə 25 775 nəfər və ya 26% çoxdur. Beləliklə, iyulun 1-nə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 279 149 nəfər) ilə müqayisədə 217 529 nəfər və ya 6,6% artaraq 3 496 678 nəfərə çatıb. Həmin şəxslərdən 59,5%-ini kişilər, 40,5%-ini qadınlar təşkil edir.

Azərbaycanda 2006-cı ildə qurulmuş müasir sığorta-pensiya sisteminin aparıcı komponenti kimi fəaliyyət göstərən fərdi uçot sistemi işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsində iştirak etməsinə şərait yaradıb. Bu məqsədlə vətəndaşlara fərdi şəxsi hesablarında pensiya kapitallarını formalaşdırmaq imkanı verilib. Sistemdə fərdi şəxsi hesabı olanların sayının mütəmadi artımı da vətəndaşların bu sahədə aktiv iştiraka marağını göstərir.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər bir vətəndaşa öz fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR