"Pensiyaların indeksləşdirilərək artırılmasından sonra staja görə pensiyaların orta aylıq məbləğinin 360 manata çatması gözlənilir".
APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
O bildirib ki, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 385 manata çatacağı proqnozlaşdırılır.
"Bu artımları sığorta prinsipi ilə pensiya alan şəxslər pensiyalarında müşahidə edəcəklər", - o qeyd edib.