KTMT: Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğu daxil olmayıb

KTMT: Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğu daxil olmayıb
# 31 iyul 2018 13:15 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyində qurumun fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğunu göndərilməsinə dair məlumat yoxdur.

APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə açıqlamasında KTMT baş katibinin müavini Valeri Semerikov deyib.

Qeyd edək ki, Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan iyulun 28-də KTMT baş katibini dəyişmək prosesini başlatmaq barədə tərəfdaşlara müraciət etdiklərini və hazırda bu məsələ ətrafında məsləhətləşmələr aparıldığını deyib. Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR