“SOCAR Türkiyə”: Gələn il İzmirdə yeni neft-kimya kompleksinin Yekun İnvestisiya qərarı qəbul olunacaq

“SOCAR Türkiyə”: Gələn il İzmirdə yeni neft-kimya kompleksinin Yekun İnvestisiya qərarı qəbul olunacaq
# 29 may 2018 12:07 (UTC +04:00)

SOCAR-ın Türkiyənin İzmir şəhərində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin Yekun İnvestisiya qərarının qəbul olunması gözlənilir.

"APA-Economics"in məlumatına görə, bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, yeni layihənin mühəndislik işləri davam edir: "Bu ilin sonuna bu işlərin yekunlaşması gözlənilir. Gələn ilin I rübündə yekun investisiya qərarını qəbul etməyə hazırlaşırıq. BP və "Axens" şirkətlərindən lazımi lisenziyalar alınıb. Yeni kompleksdən təxminən əlavə 1 milyon ton Saf Tereftal Turşusu (PTA) və polipropilen istehsalı planlaşdırılır," - deyə Z. Qəhrəmanov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR