Bakıda mənzildən meyit aşkar olunub

Bakıda mənzildən meyit aşkar olunub
# 11 yanvar 2020 23:39 (UTC +04:00)

Bakıda qapısı bağlı qalmış mənzildə meyit aşkar olunub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR