Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumunun dərəcəsi artırılır.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, hazırda alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə 0,05 manat dövlət rüsumu tutulur. Layihəyə əsasən, aksiz markalarının verilməsinə görə vahid rüsum dərəcəsi - 0,07 manat tətbiq olunacaq.
Eyni zamanda məcburi nişanlamanın verilməsinə görə də dövlət rüsumu tətbiq olunacaq. Aksizli mallara məcburi nişanlamanın verilməsinə görə 0,07 manat, məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə 0.03 manat dövlət rüsumu tutulacaq. Bu halda həm aksiz markası, həm də məcburi nişanlama tətbiq edilməli olan mallara yalnız 0,07 manat dövlət rüsumu tətbiq ediləcək.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə rüsum artırılır
Maliyyə
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
Xaricdə oxuyan tələbələr üçün tibbi xərcləri qarşılayan sığorta proqramı
Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb
ADB Azərbaycanı da əhatə edən yeni süni intellekt layihəsinə başlayır
Xəbər Lenti
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
Bakıda mənzilini yandıran şəxs xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib
Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir
Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq
Bəqai: ABŞ-ın yanacaq dolduran təyyarələrinin Bolqarıstanı tərk etməsi ilə bağlı məlumatlarımız var
Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır
Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar - VİDEO
Hikmət Hacıyev Yusif Qarabağinin məzarını ziyarət edib: Qarabağdan Buxaraya əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndərilib
Qazaxıstanda “Adilet” partiyası 71%-dən çox səs toplayıb
Xaricdə oxuyan tələbələr üçün tibbi xərcləri qarşılayan sığorta proqramı
Sabirabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyev Buxarada səfərdədir - VİDEO
Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülüb
Prezident İlham Əliyev Zelenskini təbrik edib
Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub
Paşinyan Ermənistan dəmir yolu ilə bağlı Rusiyaya çağırış edib
DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur
Ağdaşda kişi arvadı və oğlunu bıçaqlayıb
Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb
Oman xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır
Xalq artisti Şükufə Yusupova palataya köçürülüb, vəziyyəti stabildir
Rusiya ordusu Odessaya raket və dron zərbələri endirib
ADB Azərbaycanı da əhatə edən yeni süni intellekt layihəsinə başlayır
Azərbaycan nümayəndə heyəti Buxarada tarixi Ark qalasını ziyarət edib - FOTO - VİDEO
Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün əlavə 6,1 milyard avro ayırıb
Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib
FHN: Ötən həftə 36 nəfər xilas edilib, 6 nəfərin meyiti təhvil verilib
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir
DSMF: 110,7 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub
S&P: TRIPP layihəsi regional ticarət və investisiyaları dəstəkləyə bilər
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələnib
Bərdədə maşın vuran piyada xəstəxanada ölüb
Bu günün valyuta məzənnələri
Bakıda maşın 60 yaşlı qadını vuraraq öldürüb
Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunun bir sıra ərazilərinə işıq olmayacaq
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neft 1 dollardan çox ucuzlaşıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 77 min dollara yaxınlaşıb
Britaniya Ukraynaya “SCALP” raketlərinin istehsalı üçün məlumatları ötürəcək