Gürcüstanın müdafiə naziri cərimələnib

Gürcüstanın müdafiə naziri cərimələnib
# 10 yanvar 2018 09:23 (UTC +04:00)

Gürcüstanın Dövlət Xidməti Bürosu müdafiə naziri Levan İzoriyanı 1000 lari məbləğində cərimələyib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, buna səbəb nazirin əmlak bəyannaməsində aşkar olunmuş qeyri-dəqiq məlumatlar olub.

Büronun məlumatına əsasən, L. İzoriyanın bəyannaməsi ötən il nəzərdən keçirilib. Nazirin müavini Giorgi Butxuziyə qarşı da eyni səbəbə görə 1000 lari məbləğində cərimə tətbiq olunub.


Cərimə olunmuş digər rəsmi şəxslər arasında prezidentin müşaviri Pikria Çixradze ilə yanaşı, bir neçə keçmiş və hazırkı dövlət məmurları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR