Azərbaycan millisi Bakıda Özbəkistanla qarşılaşacaq

Azərbaycan millisi Bakıda Özbəkistanla qarşılaşacaq
# 09 yanvar 2020 13:38 (UTC +04:00)

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi Bakıda iki yoldaşlıq oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, komandamız Özbəkistan yığması ilə qarşılaşacaq.

Görüşlər yanvarın 21-də və 22-də baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiyek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR