Paşha Bank
Bank Of Baku

Bazardan nar və xiyar oğurlayan şəxs tutulub

Bazardan nar və xiyar oğurlayan şəxs tutulub
# 20 dekabr 2021 11:43 (UTC +04:00)

Dekabrın 19-da saat 2 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki kənd təsərrüfatı bazarında Salyan rayon sakini Z.Nuruşova məxsus 12 yeşik nar məhsulunu oğurlamağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, 10-cu Polis Bölməsinə təhvil verilən şəxsin Ağdaş rayon sakini S.Əliyev olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə onun dekabrın 17-də həmin bazarda V.Zeynalova məxsus 18 kisə xiyarı oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR