Bakıda 48 yaşlı kişi özünü öldürüb

Bakıda 48 yaşlı kişi özünü öldürüb
# 25 sentyabr 2017 07:56 (UTC +04:00)

Bakıda intihar olub.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun F. Qəmbərov küçəsi ev 3, mənzil 31 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Ceyhun Behbud oğlu Əliyev evində quraşdırdığı turnikdən özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR