Dövlət Komitəsində Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi ilə görüş olub

Dövlət Komitəsində Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi ilə görüş olub
# 11 mart 2019 16:58 (UTC +04:00)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley Edmendson ilə görüşüb.

Komitədən ONA-ya verilən məlumata görə, görüşdə komitə sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyəti cəmiyyətin təhlükəsizliyi üçün böyük potensialdır.

Qonağı Azərbaycan həqiqətləri barədə məlumatlandıran Səyavuş Heydərov diqqətə çatdırıb ki, Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlaması, soydaşlarımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına kölgə salır. Sədr müavini deyib ki, dünya birliyi, eyni zamanda dini liderlər və mərkəzlər ədalətin bərqərar olunmasında xüsusi səylər göstərməlidirlər.

Növbəti dəfə Azərbaycana səfər etməkdən məmnun olduğunu bildirən Vineyard Hyuston kilsəsinin Azərbaycan üzrə əlaqələndiricisi, missiya rəhbəri pastor Vestley Edmendson Azərbaycanın multikulturalizm modelinin mükəmməl olduğunu qeyd edib və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Görüşün sonunda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, işğal altında olan ərazilərimizdə tarixi-dini abidələrə qarşı törədilən vandalizm əməllərindən bəhs edən kitablar təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR