Gəncədə 45 yaşlı kişi bıçaqlanıb

Gəncədə 45 yaşlı kişi bıçaqlanıb
# 24 may 2018 02:11 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Həmin küçədə yaşayan 1973-cü il təvəllüdlü Bağırov Yaşar İsa oğlu mübahisə zəminində boyun nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR