Bundesliqada 42 ilin rekordu qeydə alınıb

Bundesliqada 42 ilin rekordu qeydə alınıb
# 18 dekabr 2019 10:05 (UTC +04:00)

Almaniyanın “Leypsiq” klubunun futbolçusu Timo Verner Bundesliqada son 42 ilin məhsuldarlıq rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, XVI turun Dortmund “Borussiya”sı ilə oyununda (3:3) dubla imza atan forvard qol sayını 18-ə çatdırıb.

İlk 16 turdan sonra bir futbolçunun bu qədər qol vurmasına son 42 ildə ilk dəfə təsadüf olunub. Sonuncu dəfə belə məhsuldarlıq 1977/78 mövsümündə qeydə alınıb. Həmin vaxt əfsanəvi Herd Müller ilk 16 turdan sonra 19 qolla bombardirlər siyahısına başçılıq edib.

Qeyd edək ki, T.Verner karyerasında keçirdiyi 303 oyunda 156 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR