Muxtar Babayev İsrail səfiri ilə görüşüb

Muxtar Babayev İsrail səfiri ilə görüşüb
# 29 may 2018 14:31 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayevlə İsrailin Azərbaycandakı səfiri Dan Stav arasında tanışlıq görüşü keçirilib.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ətraf mühit, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüş zamanı nazir M. Babayev İsrailin ətraf mühitin qorunması nazirini 14-16 noyabrda Bakı şəhərində keçiriləcək “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisinə və sərgi çərçivəsində təşkil olunacaq Qafqazda ceyranların tarixən məskunlaşdığı ərazilərin bərpası mövzusunda beynəlxalq konfransa, dəniz ekosistemlərinin qorunmasına dair Beynəlxalq Foruma dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR