Malidə Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

Malidə Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, ölənlər var - <span style="color: red;">YENİLƏNİB
# 26 iyul 2017 23:02 (UTC +04:00)

Malidə BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində iki almaniyalı hərbçi ölüb.

Məlumata əsasən, Almaniyaya məxsus “Eurocopter Tiger” helikopteri Qao əyalətinə monitorinq həyata keçirərkən qəzaya uğrayıb. Qəzanın texniki səbəbdən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

***

20:25

Malinin şimalında BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı helikopterdə 2 almaniyalı hərbçi olub, onların taleyi barədə hələ ki, məlumat yoxdur.

BMT missiyasının nümayəndəsi Əhməd Makayl “Tiger” helikopterində Almaniya vətəndaşlarının olduğunu təsdiqləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR