Türkiyədə portuqaliyalı futbolçunun bank hesabı ələ keçirilib

Türkiyədə portuqaliyalı futbolçunun bank hesabı ələ keçirilib
# 11 mart 2019 16:29 (UTC +04:00)

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Silvester Manuel Qonçalves Varela xoşagəlməz hadisə ilə üzləşib. ONA-nın məlumatına görə, portuqaliyalı legionerin bank hesabından 450 min Türkiyə lirəsi çıxarılıb.

Bu, haker hücumu sayəsində reallaşıb. Varela hüquq-mühafizə orqanlarına şikayət edib. Futbolçu bildirib ki, onun pulları başqa bir hesaba köçürülüb və ordan isə nağdlaşdırılıb.

Qeyd edək ki, bu, Türkiyə futbolunda ilk belə hadisə deyil. Portuqaliyalıdan öncə “Trabzonspor”lu Huqo Rodalyeqa və “Alaniyaspor”lu Bobo da eyni hakerlərin hücumuna məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR