Azərbaycan bu il elektrik enerjisi ixracını 3,4 dəfə artırıb

Azərbaycan bu il elektrik enerjisi ixracını 3,4 dəfə artırıb
# 11 avqust 2017 15:44 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 25 mln. 915,00 min ABŞ dolları dəyərində 597 mln. 698,66 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 419 mln. 519,36 min kVt/saat və ya 3,35 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 17 mln. 692,93 min dollar və ya 3,2 dəfə çoxdur.

Qeyd edək ki, elektrik enerjisinin ixracı Azərbaycanın bu ilin ilk 7 ayının ümumi ixracının 0,42%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR