Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub
# 30 iyul 2017 20:06 (UTC +04:00)

Gəncədə avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Abbasov Bəhruz Tahir oğlunu vurub. Piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR